XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Müdafiə Nazirliyinin üç generalı vəzifəsindən azad edildi

Müdafiə Nazirliyinin üç generalı vəzifəsindən azad edildi

Müdafiə Nazirliyinin üç generalı vəzifəsindən azad edildi
25-04-2021, 16:46

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üç generalı vəzifəsindən azad edilib.

“Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, habelə Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev təqaüdə göndəriliblər.

General-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyev yaşa görə ehtiyata buraxılıblar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.