SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda villaları, İsveçdə mülkü olan KİVDF üzvü - FOTO

Bakıda villaları, İsveçdə mülkü olan KİVDF üzvü - FOTO

Tarix:

21-04-2020, 20:13

/ 1 888 dəfə oxundu.
Bakıda villaları, İsveçdə mülkü olan KİVDF üzvü - FOTO

Ötən gün KİVDF-də yeni icraçı direktorun sələfi Vüqar Səfərlinin kadrlarını təmizlədiyi və onların böyük əksəriyyətini işdən azad etdiyi haqda məlumat yayıldı.

Axar.az xəbər verir ki, işdən azad edilənlərin sırasında (Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı Aygün Süleymanova, Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı Gülgün Zahidli, Vüqar Səfərlinin bacısı oğlu Ramin Kərimli, Vüqar Səfərlinin qohumu, kəndçisi Elşad Tağıyev və s.) olanlardan milyonçu Mehrac Babayevin adı xüsusilə diqqəti cəlb etdi.

M.Babayevin qeyri-rəsmi olaraq Prezidentin sərəncamı və ayırdığı pulla “Jurnalistlərin binası”nı tikən şəxs olduğu da bildirildi. Bəs niyə qeyri-rəsmi? Ümumiyyətlə,

Mehrac Babayev kimdir?

Hazırda Rusiyada yaşayan və tikinti maqnatı kimi tanınan “Verso-M” tikinti şirkətinin rəhbəri Merac Babayev haqda olduqca maraqlı məlumatlar var:

Orta məktəbi qızıl medalla, Moskvada mühəndislik ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə Azərbaycana dönüb və az müddət sonra başlayan xalq hərəkatına qoşulub.

Qarabağ döyüşlərində iştirak edib, ilk özünümüdafiə batalyonu yaradanlardan biridir. Qeyri-dəqiq məlumatda hətta onun AXC-nin “Şıxov batalyonu” kimi tanınan xüsusi təyinatlı qüvvələrinin bir müddət komandiri də olduğu iddia edilir.

Daha sonra Moskvaya gedib. Əvvəlcə “LUKoil”un tikinti üzrə aparıcı mütəxəssisi kimi işləyib, sonra öz tikinti şirkətini yaradıb və Rusiyada böyük tikinti layihələrinin icraçısı olub.

Onun Bütöv Azərbaycan ideyasını dəstəkləyən şəxslərdən biri olduğu da deyilir. Mehrac Babayev BAB-ın yaradılması və fəaliyyətinə maddi- mənəvi dəstək verib.

Rusiyada diaspor fəaliyyətindən də kənarda qalmır, deyilənə görə, soydaşlarımıza gücü çatdıqca qayğı göstərir.

Yeri gəlmişkən, bu qeydləri mediaya M.Babayevin vaxtilə bir yerdə olduğu cəbhəçi dostları danışıb.

Mehrac Babayevin Bakıda nələri var?

Mehrac Babayev Rusiyada yaşasa da, Bakıda da mülkləri və villaları var.

Qız Qalasının arxasında altımərtəbəli villası və ofisi yerləşir.

Novxanıda olan villası isə Azərbaycanda nadir tikintilərdən sayılır. Bildirilir ki, M.Babayev bu villanın layihəsini Rusiya qubernatorlarının birindən çox baha qiymətə alıb. Qubernatorun şərti isə bu olub ki, bu layihə əsasında tikiləcək ev Rusiyada yerləşməsin.

M.Babayev verdiyi sözü tutub və sözügedən layihə əsasında villanı Rusiyada deyil, Bakıda - Novxanıda tikib. Villa xüsusi əzəməti ilə fərqlənir.

Onun İsveçrədə də mülk və danışmaz əmlaklarının olduğu bildirilir.

Beləliklə, gəlib çatdıq Avropaya.

Bahalı maşınlarla məşhur qəza

M.Babayevin adı bir neçə il öncə oğlanlarının Cenevrədə çox bahalı maşınlarla düşdüyü qəza ilə gündəmə gəlmişdi.

M.Babayevin oğlu Ziya Babayev Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin hüquq fakültəsində təhsil aldığı illərdə (2009-cu il) avtoşluq etmişdi.

Həmin ilin noyabrında Cenevrə yollarında üç yoldaşı ilə bərabər maşın yarışı təşkil edir. Yarışda Ziya Babayevin “Lamborgini” markalı avtomobili “Volksvagen Qolf” markalı avtomobillə toqquşur. Nəticədə 70 yaşlı alman təqaüdçü ağır xəsarət alır və Ziya Babayev təqaüdçünün bütün xərclərini üzərinə götürərək, onun müalicəsinə yardım edir.

Məhkəmədə ifadə verən gənc aylıq gəlirinin 30 min, əmlakının isə 5 milyon dollar olduğunu deyir.

Məhkəmə ona 2015-ci ildə iki il şərti cəza və 10 min dollar cərimə kəsmişdi.

Z.Babayevin təhsil aldığı Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin rəhbəri Tamerlan Həsənovun Rəsul Quliyevin yaxın adamı olduğu da məlumatlar sırasındadır. Azərbaycan adı çəkilən şəxsi beynəlxalq axtarışa verib.

İki il öncə isə M.Babayev oğluna Monako krallığında dəbdəbəli toy etməsi ilə gündəmə gəldi.

Beləliklə, bu cür irimiqyaslı maqnatın KİVDF-nin əməkdaşı olması əlbəttə sual doğurmaya bilməz...
Bakıda villaları, İsveçdə mülkü olan KİVDF üzvü - FOTO


Şərhlər

XƏBƏR LENTİ