Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
"Kim dövlət büdcəsinə, dövlət malına xain gözlə baxıbsa, hamısı cəzalanmalıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə “Portos” MMC-nin direktoru Nadir Məmmədovun həbsi fonunda “KİVDF işi”nin əsas fiqurantlarından biri, jurnalistlər üçün tikilən 3 binanın inşasına birbaşa rəhbərlik etdiyi bildirilən “Verso-M” tikinti şirkətinin sahibi Mehrac Babayevin azadlıqda qalmasına münasibət bildirən professor Qulu Məhərrəmli deyib.
Qulu Məhərrəmlinin sözlərinə görə, kimliyindən asılı olmayaraq, dövlətin puluna xor baxan hər kəs cəzalandırılmalıdır:
“Mehrac Babayevi tanımıram, KİVDF-yə ayrılan pulların mənimsənilməsində hansı iştirakının olduğunu bilmirəm. Bizi düşündürən əsas məsələ mətbuatın vəziyyətidir. Arzulayıram ki, günahkarların hamısı tapılsın və cəzalandırılsın.
Nəhayət, hər kəs anlasın ki, dövlətin pulunu oğurlamaq olmaz. Yoxsa gəlirlər, dövlətin pulunu yeyirlər… Biri KİVDF-də, qeyrisi də başqa dövlət qurumunda… Sonra da sudan quru çıxırlar.
Məncə, bu, doğru yanaşma deyil. Kim dövlət büdcəsinə, dövlət malına xain gözlə baxıbsa, hamısı cəzalanmalıdır. Dövlətin puluna xor baxmaq olmaz”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək