SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kəmaləddin Heydərovun yaxın dostu onu məhkəməyə verdi

Kəmaləddin Heydərovun yaxın dostu onu məhkəməyə verdi

Tarix:

5-04-2020, 15:44

/ 2 182 dəfə oxundu.
Kəmaləddin Heydərovun yaxın dostu onu məhkəməyə verdi

Vaxtilə Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutmuş şəxs işlədiyi nazirliyi məhkəməyə verib.

"Yeni Sabah” xəbr verir ki, Muradov Raqif Murad oğlu Fövqəladə Hallar Nazirliyini məhkəməyə verərək 4 illik maaşını tələb edir. Məhkəmə ötən ilin noyabrında başlasa da icraata qəbul olunmayıb. Aprel ayının 20-də Bakı İnzibati Məhkəməsində hakim Fərid Mədətlinin sədrliyi ilə şifahi məhkəmə baxışı keçiriləcək.
Qeyd edək ki, dövlət qulluğunda baş dövlət müşaviri vəzifəsi tutmuş Raqif Muradov Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin və Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifələrində çalışıb.
Həmçinin Raqif Muradov 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Bu ilin fevral ayında Milli Məclisə keçirilən seçkilərdə isə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd olub.
Adınıçəkdiyimiz şəxsin avtobioqrafiyasına nəzər saldıqda görmək olur ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla yaxın dost olan Raqif Muradov bu qurumda 15 ilə yaxın yüksək vəzifə tutub. Sonra isə onu agentliyin rəisi vəzifəsindən azad etsələrdə işdən çıxarılması ilə bağlı əmrini 5 il sonra, yəni 2019-cu ilin fevral ayında veriblər . Ancaq 5 illik əmək haqqı əvəzinə 1 illik əmək haqqısını veriblər.

Şərhlər

XƏBƏR LENTİ