SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AZƏRBAYCANDA ŞOK İSTEFA XƏBƏRİ – “Fövqəlnazir” vəzifəsindən azad olunub?

AZƏRBAYCANDA ŞOK İSTEFA XƏBƏRİ – “Fövqəlnazir” vəzifəsindən azad olunub?

Tarix:

1-04-2020, 17:41

/ 7 876 dəfə oxundu.
AZƏRBAYCANDA ŞOK İSTEFA XƏBƏRİ – “Fövqəlnazir” vəzifəsindən azad olunub?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun istefaya göndərildiyi bildirilir.

Bu haqda Hurriyyet.org-a məlumat verən mənbə bildirir ki, “fövqəlnazir”in vəzifədən azad olunması ilə bağlı sərəncam tezliklə açıqlanmalıdır.

Məlumata əsasən, K.Heydərovun istefaya göndərilməsi gözlənilən olsa da, son günlər baş verən hadisə bu məsələdə daşırıcı rol oynayıb. Deyilənə görə, söhbət Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizədə Fövqəladə Hallar Nazirliyinin və şəxsən nazir Heydərovun yarıtmaz fəaliyyət göstərməsindən gedir.

İddia olunur ki, prezident İlham Əliyev belə bir kritik dönəmdə “fövqəlnazir”in fəaliyyətinin qənaətbəxş olmasını əsas götürərək, onu vəzifəsindən azad edib.

P.S. Mövzu ilə bağlı rəsmi məlumat almağa çalışacağıq.

Şərhlər

XƏBƏR LENTİ