XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İcra başçısının oğlunun üç şirkəti üzə çıxdı

İcra başçısının oğlunun üç şirkəti üzə çıxdı

İcra başçısının oğlunun üç şirkəti üzə çıxdı
4-03-2020, 18:42

Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin oğlu Orxan Allahverdiyev 3 şirkətin təsisçisir.

"Yeni Sabah" xəbər verir ki, bu haqda xəbəri araşdırmaçı jurnalist Cavabşir Həsənli yayıb. O, inteernet Vergi İdarəsinin reyster məlumatlarına əsasən bildirib ki, O. Allahverdiyevin 4 həmtəsisçidən biri olduğu "İnvest-2011" Məhdud Məsuliyyətli Cəmiyyəti 2011-ci ilin dekabrında qeydiyyatdan keçib. Şirkətin digər həmtəsisçiləri arasında keçmiş deputat Yusif Hümbətovun oğlu Asim Hümbətov da var.

Orxan Allahverdiyev həmçinin 2008-ci iliin sentyabrında qeydiyyatdan keçmiş və Fətəli Xan Xoyski pr., ev 113, m. 48 ünvanında hüquqi qeydiyyatda olan "O.Ş-İnşaat" məhdud məsuliyyətli cəmiyyətinin də təsisçisidir. Ötən il bu şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarmışdı.

İcra başçısının oğlunun sahibi olduğu 3-cü şirkət - "Amiras" məhdud məsuliyyətli cəmiyyəti 2007-ci ilin martında qeydiyyata alınıb. Şirkət Yasamal rayonu Həsənbəy Zərdabi pr. ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır.

Elxan Allahverdiyev özü icra başçısı təyinatına qədər müxtəlif şirkətlərdə çalışıb. O, il yarım əvvəl Xaləddin İsgəndərovun yerinə Binəqədi rayonuna icra başçısı təyin edilib.
İcra başçısının oğlunun üç şirkəti üzə çıxdı

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.