SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir

Tarix:

3-03-2020, 01:18

/ 788 dəfə oxundu.
Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur.

Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər.

Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanırlar. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

Qeyd edək ki, martın 10-u Yel çərşənbəsi, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

Şərhlər

XƏBƏR LENTİ