SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Aydın Mirzəzadənin dairəsində 3 məntəqə ləğv edildi

Aydın Mirzəzadənin dairəsində 3 məntəqə ləğv edildi

Tarix:

19-02-2020, 17:17

/ 902 dəfə oxundu.
Aydın Mirzəzadənin dairəsində 3 məntəqə ləğv edildi

Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib.

MSK üzvü Baxşeyş Əsgərov bildirib ki, Mingəçevir seçki dairəsi üzrə daxil olan müraciətdə bir sıra seçki məntəqələrində pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.
B.Əsgərov bildirib ki, araşdırma zamanı 9, 17 və 21 saylı seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar aşkar edilib. O, həmin seçki məntəqələrində səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairədə lider namizəd Aydın Mirzəzadədir.

Şərhlər

XƏBƏR LENTİ