XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Sevinc Fətəliyevanın dairəsində 4 məntəqə ləğv edildi

Sevinc Fətəliyevanın dairəsində 4 məntəqə ləğv edildi

Sevinc Fətəliyevanın dairəsində 4 məntəqə ləğv edildi
19-02-2020, 17:19

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb.

İclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub.
MSK üzvü İlham Məmmədovun sözlərinə əsasən, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib. İ.Məmmədov həmin dairənin 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.