SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İqbal Məmmədov hadisələri “qabaqladı” - Video

İqbal Məmmədov hadisələri “qabaqladı” - Video

Tarix:

17-02-2020, 13:51

/ 948 dəfə oxundu.
İqbal Məmmədov hadisələri “qabaqladı” - Video

Fevralın 9-da keçirilən parlament seçkilərində səsvermənin nəticələrinə əsasən 78 saylı Lerik seçki dairəsindən lider namizəd olan İqbal Məmmədov qələbəsini vaxtından əvvəl elan edib...
Rayonda İ.Məmmədovun şərəfinə atəşfəşanlıq təşkil edib.

Bu addım birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bildirilib ki, bu, qanun pozuntusudur, çünki Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə yekun vurmayıb. Yəni, nəticələr hər an dəyişə bilər. Həmin seçki dairəsindən deputatlığa namizədlər Fərid Şahbazlı, Vasif Qafarov, Ramil Hüseynzadə səsvermə günü qanun pozuntularına yol verildiyini iddia edirərək nəticələrin ləğv edilməsini tələb edirlər.

Qeyd: MSK-nın fevralın 13-də keçirilmiş iclasında 4 seçki dairəsinin nəticələri ləğv edilib:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

pravda.az

Şərhlər

XƏBƏR LENTİ