SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vüqar İskəndərov YAP-ı, MSK-nı və 10 min 76 seçicini necə aldatdı?

Vüqar İskəndərov YAP-ı, MSK-nı və 10 min 76 seçicini necə aldatdı?

Tarix:

14-02-2020, 13:49

/ 1 570 dəfə oxundu.
Vüqar İskəndərov YAP-ı, MSK-nı və 10 min 76 seçicini necə aldatdı?

Məlum olduğu kimi müxtəlif illərdə keçirilmiş deputat seçkilərində idman sahəsində nailiyyətlər qazanmış şəxslər də Milli Məclisə mandat alıblar. Fevralın 9-da Milli Məclisə keçirilmiş deputat seçkilərinin də nəticələrinə görə 125 dairə üzrə qalib olan namizədlər arasında idman cameəsinin üzvləri var. Artıq qalib elan olunmuş bu idmançılar ölkəmizdə və onun hüdudlarından kənarlarda da kifayət qədər tanınmış şəxslərdir. Dövrü mətbuatda və sosial şəbəkələrdə adları daha çox hallanan kimlərdir?

Yeni parlamentdə idmanı təmsil edəçək şəxslərdən biri 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən 47,5% səslə qalib gəlmiş AFFA-nın vitse-prezidenti Rauf Əliyev Asif oğludur. Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev Abış oğlu- 20 saylı Nərimanov ikinci seçki dairəsindən 60% səslə qalib gəlib. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Zahid oğlu – 15 saylı Yasamal birinci seçki dairəsindən 41,8% səslə qalib gəlsə də dünən MSK tərəfindən nəticələri ləğv edildi. Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Avropa Olimpiya Komitəsinin “İdmanda Gender Bərabərliyi” Komissiyasının üzvü Könül Nurullayeva Oruc qızı – 24 saylı Nizami birinci seçki dairəsindən 46,1% səslə seçicilərin etimadını qazanıb. Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Cavid qızı – 29 saylı Səbail seçki dairəsindən, 42,3% səs toplayaraq qalib olub. Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının I vitse-prezidenti Jalə Əhmədova Fərhad qızı – 59 saylı Salyan seçki dairəsindən 59,7 səs toplayıb. Qeyd edək ki, Rauf Əliyev və Adil Əliyev bundan əvvəlki seçkilərdə qalib gələrək Milli Məclisdə də təmsil olunublar. Xatırladaq ki, şahmatçı Zeynəb Məmmədyarova da 44 saylı Sumqayıt-Xızı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. Eyni zamanda, Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov da 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. Lakin onlar güclərini növbəti seçkilərdə sınamalı olacaqlar.

Bu seçkilərdə iştirak etməsə də bir neçə çağırış Milli Məclisin deputatı olmuş Ağacan Abıyevi burada yada salmamaq günah olardı. Ağacan Abıyevin Azərbaycanda idmanın, xüsusilə də boksun inkişaf etdirilməsində və idmançılarımızın nailiyyətlər qazanmasında danılmaz rolu var. Onun beynəlxalq arenalarda Azərbaycan idmanını yüksək səviyyədə təmsil etməsini heç kim inkar edə bilmnəz. O cümlədən Rauf Əliyev və Adil Əliyevin də bu sahədə əldə etdikləri nailiyyətlər də danılmazdır.

Aktualinfo.org fevralın 9 da Milli Məclisə keçirilən seçkilərdə deputatlığa namizədliyini irəli sürmüş və artıq 113 saylı Şəki şəhər Seçki Dairəsindən qalib elan olmuş Vüqar Yapon oğlu İskəndərovun idmançı karyerasına hələ seçkilərdən oncə nəzər salmışdı. Seçkilərdən sonra yuxarıda qeyd edilən tanınmış, seçilmiş idmançılar arasında Vüqar İskəndərovun adının hallanmaması bizi bu mövzuya bir daha qayıtmağa vadar etdi. Ötən yazlarda da da qeyd etdiyimiz kimi, Vüqar İskəndərov “Vikipedia” proqramında yerləşdirdiyi tərcümeyi-halında 1991-ci ildə Taekvando döyüş növü üzrə keçirilən respublika turnirində II-yerə layiq görülərək, II-Dan qara kəmər ustası adını aldığını, 1994-cü ildə Respublika çempionu olduğunu, 1996-cı ildə Dünya kubokunda bürünc medal və qara kəmər ( beynəlxalq dərəcəli) I-Dana layiq görüldüyünü, 1998-ci ildə qara kəmər II-Dan və beynəlxalq dərəcəli hakimliyə layiq görüldüyünü, 2001-ci ildə qara kəmər II-Dana layiq görüldüyünü, 2003-cü ildə Şotokan karate-do üzrə Avropa çempionu olduğunu göstərmişdir. Təbii ki, biz onun bu nailiyyətlərinə şübhə ilə baxmırıq. Lakin onun bu uğurlarını idman cameəsinin adamları xatırlayırlarmı? Məlum olduğu kimi son illər Azərbaycan müxtəlif beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Bu yarışlarda Vüqar İskəndərəvu ya bir idmançı kimi,ya da beynəlxalq dərəcəli hakim kimi tatamiyə çıxdığını görən olubmu?Yaxud da bir əməkdar məşqçi kimi onun yetirməlrinin uğurlarını görən olubmu? Olubsa, biz buna ancaq sevinə bilərdik.

Qayıdaq Vüqar İskəndərovun “Vikipedia”ya yerləşdirdiyi tərcümeyi-halının növbəti hissəsinə. 1972-ci il təvəllüdlü Vüqar İskəndərov əgər özünün də qeyd etdiyi kimi, 1991-ci ildə sovet ordusunda hərbi xidmətdə olubsa 1991-ci ildə Taekvando döyüş növü üzrə keçirilən respublika turnirində II-yerə necə layiq görülüb? Burada ortaya daha bir sual çıxır. 1994 -cü ildə Respublika çempionu olmuş Vüqar İskəndərov nə üçün Azərbaycan Ordusu sıralarında deyil, çempionatlarda iştirak edib? Məntiq var axı. Karate ilə məşğul olursansa, deməli sağlamsan. Sağlamsansa yaş həddinə görə Azərbaycan Ordusunda qulluq etməlisən. Təbii ki,bunu qanun tələb edir,biz yox. Bəs Vüqar İskəndərov Azərbaycan Ordusunda xidmət keçmədiyini bizə necə izah edə bilər? Yenə qeyd edirik. Həm də çox təəssüf hissi ilə qeyd edirik ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan gənclərimizin böyük əksəriyyəti 1971- 1972-1973 cü il təvəllüdlü olub. Qeyd etdiyimiz illərdə, əsasən də 1972-ci ildə anadan olmuş kişilərin sayının azlığını bu gün statistika da təsdiq edir. Bəs Vüqar İskəndəırovun Azərbaycanın dar günündə xalqın yanında olmaması,şad günündə isə milləti təmsil etmək istəyi nə dərəcədə üst-üstə düşür?

Vüqar İskəndərovun ikinci problemi isə təhsili ilə bağlıdır. O tərcümeyi-halında göstərir ki, 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris institutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. 2012-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetininİqtisadiyyat fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir. Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsinin 16.05 2017-ci il tarixdə diplomları Azərbaycanda tanınan universitetlərin siyahısında 34 ölkənin 600 universitetinin adı qeyd edilib. Belə ki, Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınır. Həmçinin ölkəmizdən ən çox təhsil almaq üçün üz tutulan Rusiyanın 58, Türkiyənin 13, Ukraynanın 2 ali təhsil müəsisələrinin də diplomunu Təhsil Nazirliyi tanıyır. Siyahıdan da göründüyü kimi 2017-ci ilə qədər Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstan Respublikası universitetlərinin diplomlarını tanımayıb. O da qala Laqodexi Elmi Tədris İnstitutu. Zənnimizcə onun Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alması da araşdırılmalıdır.

Bütün bu kimi tutarlı dəlillərə,faktlara baxmayaraq Vüqar İskəndərov artıq Mili Məclisin deputatıdır. Bu adı çəkilən şəxs tərəfindən Azərbaycan əhalisini, Azərbaycan gəncliyini,Azərbaycanın dövlət orqanlarını göz görə-görə aldatmaq demək deyilmi? Mərkəzi Seçki Komissiyası Vüqar İskəndərovun tərcümeyi halını araşdırmalıdır. Ola bilər Vüqar İskəndərov özü barəsində Mərkəzi Seçki Komissiyasına yalan məlumat versin. Necə ki, Şirvan şəhərindən namizədliyi qeydə alınmış Rəşad Camalov ikili vətəndaşlığı olması barədə yalan məlumatlar vermişdi. Mərkəzi Seçki Komissiyası haqlı olaraq, özü haqqında yalan məlumat vermiş şəxsin namizədliyini qanun çərçivəsində ləğv etdi. “Təəssüf ki, Milli Məclisdə təmsil olunmaq istəyən şəxslər özləri haqqında yanlış məlumatlar təqdim edirlər”. Bu sözləri isə Mərkəzi Seçki Komissiyasının fevralın 6-da keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. Rövzət Qasımov bildirib ki, hansısa namizəd tərəfindən bu cür addımların atılması aşkarlansa, müddətdən asılı olmayaraq, həmin an bununla bağlı müvafiq tədbirlər görülüəcək: “Bu cür addımlar seçiciləri aldatmaqdır. Deputatlıq iddiasında olan şəxslər özləri haqqında düzgün məlumat verməlidirlər. Əks halda, bu fakt çox gec aşkarlansa belə, bununla bağlı tədbir görüləcək”.

Bir mətbuat orqanı olaraq biz Vüqar İskəndərovun özü barədə Mərkəzi Seçki Komissiyasına yalan məlumatlar verməsini yaydıq, ictimailəşdirdiik, araşdırılması, baxılması üçün aidiyyatı orqanlara müraciətlər etdik. Biz bir mətbuat orqanı olaraq Mərkəzi Seçki Komissiyasının da, Yeni Azərbaycan Partiyasının da elektron poctuna məlumat göndərərək,namizədliyini irəli sürmüş şəxsin bioqrafiyasına yenidən nəzər salmalarını tövsiyyə etdik. Lakin bütün bunlara baxmayaraq Vüqar İskəndərov deputat seçildi. 113 saylı Şəki şəhər Seçki Dairəsindən 10min 76 seçicinin etimadını qazanaraq – 52. 9 % səslə qalib elan olundu. Bəs Vüqar İskəndərov necə oldu ki,deputat seçildi?

Aktualinfo.org-a veilən məlumatlara görə Vüqar İskəndərovun deputat seçilməsində ən böyük rolu Şəki rayon İcra Hakimiyyəti başçısının birinci müavini,Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Həsən Həsənov oynayıb. Məlimatlara görə Vüqar İskəndərovu Şəki Gənclər və İdman İdarəsinə rəis vəzivəsinə də məhz Həsən Həsənov təyin etdirib. Qeyd edək ki, Həsən Həsənov uzun müddətdir ki, Şəki rayon İcra Hakimiyyətində birinci müavin postunda oturur. Təmsil etdiyi Yeni Azərbaycan Parytiyası Şəki rayon Təşkilatının funksioneri olan Həsən Həsənov rayonda əsas söz sahibidir. Onun nazir qohumu ilə olan münasibətləri Şəkidə istədiyi qanunsuzluqlara yol verməyə şərait yaradır. Maraqlıdır, uzun müddətdir Şəkidə Yeni Azərbaycan Partiyasını təmsil edən Həsən Həsənov özü nə üçün deputatlığa namizədliyini verməyib? Məlumatlara görə Həsən Həsənov Şəki rayon İcra Hakimiyyətinin başçısı olmağa hazırlaşır. Vüqar İskəndərovun deputatlığa namizədliyini irəli sürməsinin tarixçəsi isə çox uzundur.Onların əlbir olaraq Şəki Gənclər və İdman İdarəısini birgə talaması məlumatlara görə burada əsas rol oynayıb. Deputat seçkilərində isə Vüqar İskəndərova səs verilməsi barədə göstərişlərin də məhz Həsən Həsənov tərəfindən verildiyi söylənilir. 113 saylı Şəki şəhər seçki dairəsində,fevralın 9 da baş verənlər isə başqa məqalənin mövzusudur.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ