XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Bank of Baku” namizədliyini vermiş əməkdaşına təzyiq edir? - GİLEY

"Bank of Baku” namizədliyini vermiş əməkdaşına təzyiq edir? - GİLEY

"Bank of Baku” namizədliyini vermiş əməkdaşına təzyiq edir? - GİLEY
6-02-2020, 09:23

34 saylı Xətai II Seçki Dairəsindən namizəd İmran Ələkbərov təzyiqlərə məruz qaldığını deyir. "Bank of Baku"-nun Baş Ofisinin İnzibati Mərkəzində hüquqşünas vəzifəsində çalışan İmran Ələkbərovun sözlərinə görə, ona deputat Mixail Zabelinin xeyrinə namizədliyini geri götürmək üçün təzyiq olunur.

Bu barədə danışan İmran Ələkbərov Prezident İlham Əliyevə qarşılaşdığı qanunsuzluqlarla bağlı teleqram göndərdiyini və MSK-ya şikayət etdiyini bildirib:

“MSK şikayətimi qəbul edib imza atsa da, möhür vurmayıb, möhürü şikayəti araşdırmamaq üçün vurmurlar. Hazırda bu məsələ ilə məşğulam”.

İmran Ələkbərov bildirib ki, Mixail Zabelin tərəfindən ona və müşahidəçilərinə ciddi təzyiqlər edilir:

“İlkin olaraq Xətai Rayon İcra Hakimiyyətindən təzyiqlər oldu, indi isə çalışdığım "Bank of Baku"-nun rəhbərliyi təzyiq edir. Fevralın 4-də bankın Müşahidə Şurasının sədri Elçin İsayev məni çağırıb söhbət etdi, ardınca işçilərlə danışdı. Bank rəhbərliyi müşahidəçilərimə deyir ki, seçki günü məntəqələrdə olmasınlar. Mənim müşahidəçilərimin çoxu bankda çalışırlar, hər biri ilə fərdi söhbət ediblər ki, getməyin, əks təqdirdə, başınız ağrıyacaq. Məqsəd odur ki, komandamı dağıtsınlar, mən tək qalım və Mixail Zabelin gedib Milli Məclisdə otursun”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.