XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Böyük azərbaycanlı Mirzə Xəzər vəfat etdi

Böyük azərbaycanlı Mirzə Xəzər vəfat etdi

Böyük azərbaycanlı Mirzə Xəzər vəfat etdi
3-02-2020, 10:59

Tanınmış jurnalist Mirzə Xəzər vəfat edib.
Bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib.

Jurnalist 73 yaşında Almaniyada dünyasını dəyişib.

Xatırlatma: 1947-ci ildə anadan olan M.Xəzər 1973-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib. O, 1976-1985-ci illərdə Azadlıq radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləyib. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür. 1985-1987 Vaşinqtonda Amerikanın Səsi radiostansiyasının Azərbaycan bölməsinin müdiri işləmişdir. 1987-ci ilin fevral ayında Almaniyanın Münxen şəhərinə qayıtmış və 1987-2003-cü illər ərzində Azadlıq radiosunun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib. 2005-ci ilin dekabr ayından 2010-cu ilədək Mirzə Xəzərin "Mirzə Xəzərin Səsi" İnternet Radiosu efirə çıxıb. O, indiyədək Almaniyada yaşayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.