XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Şahin Ağabəyli 44 yaşında - ANIM

Şahin Ağabəyli 44 yaşında - ANIM

Şahin Ağabəyli 44 yaşında - ANIM
27-01-2020, 09:54

Bu gün PİA.AZ saytının təsisçisi və baş redaktoru mərhum Şahin Ağabəylinin doğum günüdür...

10 il əvvəl avtomobil qəzasında faciəvi şəkildə həlak olan «Milli Yol» qəzətinin və «Poliqon» İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin bu gün doğum günüdür. Mərhum baş redaktor 44 yaşını doldurdu.

Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açdı. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərfindən
Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri oldu. 1999-cı ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunur. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunur.

2003-cü ildə «Milli Yol» qəzetini təsis edir və qəzetin baş yazarı olur. 2006-cı ildə «Poliqon» İnformasiya Agentliyinin qurucusu oldu. 2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis etdi.

Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuşdu. Bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.

Şahin Ağabəyli 2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ədət yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən 35 yaşını doldurmamışdı…

Allah rəhmət eləsin.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.