Şahin Ağabəyli 45 yaşında - ANIM
Bu gün PİA.AZ saytının təsisçisi və baş redaktoru mərhum Şahin Ağabəylinin doğum günüdür...
11 il əvvəl avtomobil qəzasında faciəvi şəkildə həlak olan «Milli Yol» qəzətinin və «Poliqon» İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin bu gün doğum günüdür. Mərhum baş redaktor 45 yaşını doldurdu.
Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açdı. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərfindən
Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri oldu. 1999-cı ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunur. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunur.
2003-cü ildə «Milli Yol» qəzetini təsis edir və qəzetin baş yazarı olur. 2006-cı ildə «Poliqon» İnformasiya Agentliyinin qurucusu oldu. 2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis etdi.
Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuşdu. Bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.
Şahin Ağabəyli 2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ədət yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən 35 yaşını doldurmamışdı…
Allah rəhmət eləsin.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək