Şahin Ağabəylinin vəfatından 7 il ötdü
Bu gün “Milli Yol” qəzətinin və “Poliqon” İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin avtomobil qəzasında faciəvi şəkildə həlak olmasından 7 il ötür
Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açıb. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərəfindən Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri olub.
1999-cu ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunub. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunub.
2003-cü ildə “Milli Yol” qəzetini təsis edib və qəzetin baş yazarı olub. 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyini, 2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis edib.
Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuş, bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.
Şahin Ağabəyli 2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ələt yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən 34 yaşını doldurmamışdı…

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...