SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fazil Mustafa seçicilərinə 5 manat pul və siqaret payladı - Kimin belə namizədi var?..

Fazil Mustafa seçicilərinə 5 manat pul və siqaret payladı - Kimin belə namizədi var?..

Tarix:

21-01-2020, 12:46

/ 906 dəfə oxundu.
Fazil Mustafa seçicilərinə 5 manat pul və siqaret payladı - Kimin belə namizədi var?..

15 ildir Bakıxanovun millət vəkili olan Fazil Musatafa seçicilərini bir araya toplaya bilmək üçün qəsəbə sakinlərinə 5 manat və 1 qutu siqaret paylayıb.
Bu barədə "Kommersant.az"a qəsəbə sakinləri məlumat verib. Məlumata görə, F.Musatafanın yandaşları Bakıxanov qəsəbəsinə gələrək millət vəkilinin əhali ilə görüşmək istədiyini çatdırıb. Lakin seçicilərdən etinasızlıq görən F. Mustafa əhalini yığa bilməyəcəyini anladıqda başqa bir üsula əl atıb.

Belə ki, o qəsəbə sakinlərinə 5 manat pul və siqaret paylayaraq onları görüşə gəlməyə razı sala bilib.

Qeyd edək ki, Bakıxanov əhalisi F.Mustafanın üzünü 15 ildir görmədiklərini bildirir.

Şərhlər

XƏBƏR LENTİ