Bəstəkardan deputata sərt cavab: “Adamın bir sifəti olar”
“Sənin xuliqanlığına cavab verməyəcəm. İnsanın bir sifəti olar, bir vicdanı olar”.
AzNews.az xəbər verir ki, bunu bəstəkar Cavanşir Quliyev millət vəkili Fazil Mustafanın sosial şəbəkədə onu tənqid etməsinə münasibət bildirərkən deyib.
“Sən də bir müddət sürgündə olmusan, bilməlisən, nədir qürbət. O ki qaldı mənim getməyimə, ay "millət vəkili", sən rahat yerində, hardan biləsən ki, hər bir bəstəkar üçün ölkədən getmək böyük faciədir, əsərlərinin səslənməməsi onun üçün ölümə bərabərdir. Bir bəstəkarın haqqları pozulursa, sənə nə, cəhənnəm olsun o bəstəkar, sənə qalmayıb ki onun problemi... sən millət vəkilisən! Əminəm ki, belə düşünürsən. Bir də unutma: sən və sənin kimiləri heç vaxt Üzeyir bəyi təftiş edə bilməzsiniz. Sizin buna nə ağlınız, nə istedadınız, nə də gücünüz yetər”.
Xatırladaq ki, Millət vəkili Fazil Mustafa ilə bəstəkar Cavanşir Quliyev arasında qalmaqal yaranıb. Bəstəkar qarşı tərəfi himni sevməməkdə ittiham edib.
Fazil Mustafa isə Çavanşir Quliyevi "ağılsız və geri zəkalı" adlandırıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır