SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fərhad Əhmədovun keçmiş arvadı bu dəfə oğlu Teymuru məhkəməyə verdi - ATASINA KÖMƏK ETDİYİNƏ GÖRƏ...

Fərhad Əhmədovun keçmiş arvadı bu dəfə oğlu Teymuru məhkəməyə verdi - ATASINA KÖMƏK ETDİYİNƏ GÖRƏ...

Tarix:

21-01-2020, 11:16

/ 1 176 dəfə oxundu.
Fərhad Əhmədovun keçmiş arvadı bu dəfə oğlu Teymuru məhkəməyə verdi - ATASINA KÖMƏK ETDİYİNƏ GÖRƏ...

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun keçmiş arvadı Tatyana Əhmədova onların birgə nigahdan olan oğulları Teymur Əhmədovun barəsində London Yüksək Məhkəməsində iddia qaldırıb. Virtualaz.org xəbər verir ki, Tatyana Əhmədova oğlunu atasına kömək etməkdə və nəticədə onun boşanma təzminatı kimi ödəməli olduğu 453 milyon funt sterlinqin (yarım milyard dollardan artıq) ödənilməsini əngəlləməkdə təqsirləndirir.

“The Times” qəzetinin yazdığına görə, Londonda işləyən və STE Capital fonduna rəhbərlik edən Teymur Əhmədov startaplara investisiyaların yatırılmas ilə məşğuldur. Və anasının iddiaları ilə qətiyyən razı deyil. Fərhad Əhmədov da bu mübahisədə təbii ki, oğlunun tərəfini tutur və onun maraqlarının məhkəmədə müdafiə olunması üçün “Hughes Fowler Carruthers” hüquq firması ilə müqavilə bağlayıb.

Tatyana Əhmədova iddiasında bildirir ki, onun 26 yaşlı oğlu Teymur Əhmədov atasının aktivlərinin ailə investisiya fonduna məxsus olduğunu iddia etməklə boşanma təzminatının ödənilməsinə mane olur. Və T.Əhmədovanın keçmiş ərinə qarşı məhkəmə çəkişmələrinə sponsorluq edən “Burford Capital” şirkətinin Fərhad və Teymurun təzminat ödəməkdən yayınmaq üçün qurduqları sxemə qarşı beynəlxalq miqyasda məcburi icra tədbirləri görməyə ixtiyarı var. T.Əhmədovanın oğluna qarşı iddiasına ötən gün yanvarın 20-də baxılıb və məhkəmə Teymur Əhmədovun atası ilə birlikdə cavabdeh kimi tanınması məsələsinə dair qərar çıxarmağı mart ayına qədər təxirə salıb.

Xatırladaq ki, Fərhad Əhmədovla onun keçmiş arvadı Tatyana arasında mübahisə illərdir davam edir. Hərçənd biznesmen ona dəfələrlə xəyanət etdiyinə görə arvadından 19 il əvvəl Rusiyada rəsmən boşandığını bildirir. Lakin bir neçə il əvvəl, F.Əhmədov Rusiyadakı “Nortgaz” şirkətini “Qazprom”a satıb 1.2 milyard dollar əldə edəndən sonra T.Əhmədova London məhkəməsində boşanma iddiası qaldırıb. Və təzminat kimi onun sərvətinin yarısını tələb edib. Məhkəmə bu iddianı təmin edib, amma F.Əhmədov keçmiş arvadına təzminat ödəməkdən qəti imtina edir. Bu mübahisə çərçivəsində biznesmenin “Luna” adlı təqribən 500 milyon dollarlıq yaxtasına Dubayda həbs qoyulmuşdu. Amma il yarıma yaxın çəkən məhkəmə çəkişməsindən sonra F.Əhmədov yaxtanın keçmiş arvadının əlinə keçməməsinə nail oldu.

F.Əhmədov bildirirdi ki, yaxta və onun bir çox aktivləri ailə investisiya fondunun mülkiyyətidədir və nəticədə boşanma təzminatı kimi ödənilə bilməz.

Şərhlər

XƏBƏR LENTİ