XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA

Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA

Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA
21-01-2020, 11:16

Mədəniyyət və Turizim naziri Əbülfəz Qarayevin işdən çıxarılması yenə gündəmə gətirilib.

İxa.az xəbər verir ki, Əbülfəz Qarayevin yola salınmasına səbəb isə Azərbaycanın Milli pavilyonunda sərgiyə qoyulan və Azərbaycan vətəndaşı olmadığı halda Azərbaycanı təmsil edən Aydan Salahovanın əsərləri hesab edilir.

Ölkənin və Avropanın bir çox tanınmış xəbər portalları tirajlanan məsələ Azərbaycanda mədəniyyətə tətbiq edilmiş senzura kimi dəyərləndirib. Məlumatda qeyd olunurdu ki, iyunun 1-i pavilyona gələn İlham Əliyev Salahovanın əsərlərini bəyənməyərək tənqid edib və bundan sonra həmin əsərlərin üstü örtülüb.

Britaniya mətbuatı yazmışdı ki, İlham Əliyevin bəyənmədiyi əsərlərdən biri kataloqda “Gəlin” adı ilə qeyd olunan və yalnız əlləri görünən qara çadralı müsəlman qadını, digəri isə “Qara daş” adlı digər əsər olub ki, bu da müsəlmanların qibləgahı olan Kəbədəki qara daşın interpretasiyasıdır. Sonuncu əsərdəki görüntülərdə “Qara daş” qadının cinsiyyət orqanı kimi təsvir edilibmiş. Ümumiyyətlə isə Salahovanın əsərlərindəki İslamı təhqir elementləri tək bununla bitmir və onun əsərlərində İslam dini, müsəlman qadını ən pis şəkildə alçaldılıb.

Xalq rəssamı Tahir Salahovun qızı Aydan Salahovanın bu əməmli isə mədəniyyət naziri Əbülfəz Qarayevə baha başa gəlib. Adının çəkilməsini istəməyən nazirlik əməkdaşının bildirdiyinə görə, bu məsələdən sonra İlham Əliyev mədəniyyət nazirini sərt tənqid edib. Ona Azərbaycan vətəndaşı olmayan birinin nəyə görə Azərbaycanı təmsil etməsini və ölkənin adını bu cür biabır etməsini sual edib. Bundan əlavə prezident nazirdən nəyə görə, Azərbaycandan o sərgiyə laiqli, mədəni irsimizi tərənnüm edən əsərlərin göndərilmədiniyinidə soruşub. Lakin nazir soruşulan suallar qarşısında aciz qalaraq, heç bir cavab verə bilməyib.
İxa.az-in əldə etdiyi məlumata görə nazirlik əməkdaşından biri, məlum hadisədən sonra Əbülfəz Qarayevin tezliklə istefaya göndəriləcəyini deyib. Onun yerinə isə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin gətiriləcəyi iddia olunur .

Gələn xəbərlərə inansaq ,məlum deputat seçkisindən sonra iqtidar Əbülfəz Qarayevlə yollarını ayıracağı kəsindir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.