"Arzu edirəm yeni nazirin mədəniyyətdən xəbəri olsun” — Rasim Balayev
Xalq artisti Rasim Balayev Mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılması haqqında danışıb.
O, əməkdaşımız ilə söhbətində hazırda Azərbaycan mədəniyyətinin durğunluq dövrü yaşadığını qeyd edib.
“Düzdür gedənin arxasınca danışmazlar, ancaq Əbülfəz Qarayevin vaxtında mədəniyyət öz durğunluq çağını yaşayıb. Mən onu da qınaya bilmərəm. Görünür, Qarayevin də əlindən bu gəlirmiş, nəyi bacarıbsa, onu da edib”.
Xalq artisti yeni təyin olunacaq nazirlə bağlı arzularını da dilə gətirib.
“Arzu edərdim ki, yeni təyin olunacaq nazirin Azərbaycan mədəniyyətindən xəbəri olsun. O, mütləq şəkildə bu işi sevib, ona məhəbbət bəsləməlidir ki, incəsənətin qayğısına qala bilsin. Bundan başqa o, mədəniyyət sahəsinində dərin biliklərə sahib olmalıdı. Bu zaman Azərbaycan mədəniyyəti həqiqətən də inkişaf edəcək”,- deyə R. Balayev fikrini tamamlayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevi Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.(ölke.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır