XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış - FOTOLAR

Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış - FOTOLAR

Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış - FOTOLAR
20-01-2020, 13:13

Deputatlığa namizəd deputat Hüseynbala Mirələmov və mədəniyyət naziri Əbülfəz Qarayevin Panamada fəaliyyət göstərən RİMBA S.A. şirkətinin Azərbaycanda filialı da var.


AFN xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib. Onun sözlərinə görə, offşor şirkətin filialı 2005-ci il fevralın 9-da Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov, ev 83 olan filialın qanuni təmsilçisi Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının aparat rəhbəri və hakim partiyanın seçkilərdə səlahiyyətli nümayəndəsi Mayıl Qəşəm oğlu Kərimovdur.
Nazirlə deputatın şərikli şirkəti - RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir.
Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış - FOTOLAR


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.