Sabiqlərin Panamadakı şirkətlərindən yeni xəbər - İLGİNC FAKTLAR
Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun 2004-cü ildə Panamada qeydiyyatdan keçirdikləri şirkət fəaliyyətini dayandırıb.
Panama mənbələrinə görə, RİMBA S.A.-nın statusu “vigente”dən (aktiv) ‘suspendido”ya keçib, yəni ləğv edilib.
Şirkətlə bağlı ilk məlumat 2020-ci il parlament seçkiləri ərəfəsində yayılıb, 15 il deputat mandatı daşımış Hüseynbala Mirələmovun bir ay sonra seçkiyə qatıldığı dairənin nəticələri ləğv olunub.
Həmin ilin mayında isə DTX Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyində əməliyyat keçirdi, bir neçə yaxın adamı həbs edildi, özü isə vəzifəsindən azad edildi.
Mirələmov ötən il biabırçı videosu ilə bir daha gündəmə gəlmişdi, görüntülər hətta ABŞ televiziyalarında da yayılmışdı.
Qeyd edək ki, şirkət yaradılan zaman Əbülfəz Qarayev nazir, Hüseynbala Mirələmov isə deputat olub.
Sabiqlərin Panamadakı şirkətlərindən yeni xəbər
Cavanşir Həsənli //Gununsesi.info//


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?