XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » PANAMALI HÜSEYNBALA MİRƏLƏMOV və PANAMALI ƏBÜLFƏZ QARAYEV - Nazir və deputatın Panamada şərikli şirkəti var... SƏNƏDLƏR

PANAMALI HÜSEYNBALA MİRƏLƏMOV və PANAMALI ƏBÜLFƏZ QARAYEV - Nazir və deputatın Panamada şərikli şirkəti var... SƏNƏDLƏR

PANAMALI HÜSEYNBALA MİRƏLƏMOV və PANAMALI ƏBÜLFƏZ QARAYEV - Nazir və deputatın Panamada şərikli şirkəti var... SƏNƏDLƏR
29-12-2019, 01:42

Məşhur müstəqil araşdırmaçı jurnalist yeni sensasiyon araşdırmaya imza atıb. Əski deputat, indiki deputatlığa namizəd, şair və yazıçı, dramaturq 75 yaşlı Hüseynbala Mirələmovun Panamada Mədəniyyət Naziri Əbülfəz Qarayevlə şərikli şirkəti tapılıb.
Qeyd etmək istyirik ki, Cavanşir bəyin dediyi kimi, şirkət 16 ildir fəaliyyətdədir. Azərbaycan qanunvericiliyinə görə isə Milli Məclisin üzvləri bizneslə məşğul ol bilməzlər. Nazir Əbülfəz Qarayevə gəldikdə isə........
Beləliklə Cavanşir bəyin yazdıqlarını diqqətinizə çatdırırıq:
Az öncə yazdığı kimi...
75 yaşlı Hüseynbala Mirələmov elə-belə namizəd deyil. Heç elə-belə şair də deyil.
"1001 gecə" istirahət mərkəzini bilirsiniz, Hüseynbala müəllimindir. Amma çətin sual qarşısında qalanda deyir ki, "indi mən deputatam deyə mənim nəslimdən olanlar bizneslə məşğul ola bilməz?"

Ola bilər, niyə olmur, Azərbaycan reallığında hər şey olar, nəinki oğlu, hətta özü offşor şirkət sahibi də ola bilər.
Yəni "1001 gecə"ni boş verin, Hüseynbala Mirələmov panamalı namizəddir. Düz 16 ildən bəridir ki, Panamada offşor şirkət idarə edir.
Onun direktoru və xəzinədarı (ispanca tesorero - şirkətin gəlir və xərclərinə nəzarət edən şəxs) olduğu RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir, statusu aktivdir (vigente), yəni hazırda fəaliyyətdədir.
Şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəz Qarayevdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.
Adları çəkiln şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

Teref.az
PANAMALI HÜSEYNBALA MİRƏLƏMOV və PANAMALI ƏBÜLFƏZ QARAYEV - Nazir və deputatın Panamada şərikli şirkəti var... SƏNƏDLƏR


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.