XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Yeni il bayramı Abşeronda qeyd edildi - FOTOLAR

Yeni il bayramı Abşeronda qeyd edildi - FOTOLAR

Yeni il bayramı Abşeronda qeyd edildi - FOTOLAR
28-12-2019, 13:43

Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda da böyük təntənə ilə qeyd olunub.

Abşeron rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq rayonun inzibati mərkəzi - Xırdalan şəhəri bayram libasına bürünüb. Park və meydanlar, küçələr, ictimai binaların, evlərin fasadları, eyvanlar bayramsayağı bəzədilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkının gecə görüntüləri isə xüsusilə cəlbedicidir. Prospekt və küçələrdə quraşdırılan müasir işıqlandırma sistemi, rəngbərəng çilçıraqlar Xırdalanın hüsnünə əlavə rəng qatır.

Hər il olduğu kimi, bu il də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Abşeron RİH-nin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirilib.

“Xəzinə Palace”da düzənlənmiş bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bayram münasibətilə abşeronluları təbrik edərək, regionların sosial-iqtisadi inkişafından, quruculuq və abadlıq işlərinin Abşeron rayonunda da sürətlə aparılmasından danışıb.

Daha sonra İ.Gülməmmədova rayonun ictimai həyatında səmərəli fəliyyət göstərən bir qrup şəxsə fəxri fərman təqdim edib.

Bayram şənliyində respublikanın tanınmış incəsənət ustalarının ifasında mahnılar səsləndirilib.
Yeni il bayramı Abşeronda qeyd edildi - FOTOLAR


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.