SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İki həbsin gerçəyi: hansı başçılar şələ-şüləsini yığışdırıb gedir? – Adlar

İki həbsin gerçəyi: hansı başçılar şələ-şüləsini yığışdırıb gedir? – Adlar

Tarix:

26-12-2019, 12:49

/ 1 077 dəfə oxundu.
İki həbsin gerçəyi: hansı başçılar şələ-şüləsini yığışdırıb gedir? – Adlar

Ağstafa icra başçısı Nizaməddin Quliyevlə müavini Ramiz Tatarov, Yevlaxın sabiq başçısı Qoca Səmədovun həbsi bir çox rayon rəhbərlərinin canına vəlvələ salıb.

Reportyor.info-nun xəbərinə görə, hazırda çamadan ab-havasında olan bəzi icra başçıları var, təşviş içində olan icra başçıları var, işdən azad olunacağını gözləyən icra başçıları var.

Gələn ilkin informasiyalara görə, Lənkəranın icra başçısı Taleh Qaraşov Cəlilabada, Namiq Zeynalov isə onun yerinə təyin oluna bilər.

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Göygölün icra başçısı Arif Seyidov, Siyəzənin icra başçısı Novruz Novruzov günlərini sayır.

Tezliklə Ucarın icra başçısı, prezidentin pambıqçılıq müşavirəsində işinə irad bildirilən Mənsur Məmmədov vəzifəsindən azad olunacaq.

Samuxun icra hakimi Alı Qocayev, Ağdamın icra başçısı Vaqif Həsənovla bağlı qeyri-müəyyənlikdir.

Xızının icra başçısı Xəzər Aslanov, İmişli icra başçısı Vilyam Hacıyev, Biləsuvarın icra başçısı Mahir Quliyev şələ-şüləsini yığışdırıb getməyə hazırlaşır.

Eyni zamanda Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun da məsələsinə baxıla bilər.

Habelə, işğal edilmiş rayonların icra başçıları sırasında Qubadlı, Kəlbəcər, Xocavənd, Zəngilan adları çəkilir.

Məlumatlı qaynaqlar Daşkəsənin icra başçısı Əhəd Abıyev, Sabirabadın icra başçısı Siraqəddin Cabbarovla bağlı hansısa qərar olmadığını bildirir.

Bu gün ən çox şikayət olunan məmurların başında gələn icra başçıları ilə bağlı məsələ hələlik tam aydınlaşmasa da, onların da qısa zamanda yola salınacağı gözlənilir. Rəhbərlik etdikləri rayonlarda “kiçik padşah”lıq edən icra başçıları arasında da yaşı 70-i ötmüş kifayət qədər şəxs var.

Amma xalqın problemləri ilə maraqlanmaq, onların həllinə çalışmaq onların birbaşa vəzifəsidir. İstefa verməmək üçün çalışa, müxtəlif yollar üzərində düşünə bilərlər, amma, bu addıma görə təşəkkür almayacaqlar.

Əksinə, zamanında xalqın problemlərini qulaqardına vurduqları üçün bu və ya digər formada cəzalandırıla bilərlər.

Üçüncü seçim isə yenə də öz bildikləri kimi işləməyə davam etmələridir ki, bunun da onlara heç bir halda, xeyirli olmayacağı əvvəlcədən bəllidir.

Belə olduğu halda, onların könüllü olaraq təşəbbüsə qoşularaq istefa mədəniyyəti göstərmələri gözlənilməyəcək.

Bu yolu tutan icra başçıları birbaşa istefaya göndərilə bilər ki, bu da illərlə “qazandıqları”nı bir anın içində vəzifə sevdasına görə itirmək anlamına gələcək. Hər halda, vaxt əhalinin problemlərinə biganə qalan icra başçılarının əleyhinə işləyir.

Şərhlər

XƏBƏR LENTİ