XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Polislər gənci niyə zorla maşına mindirdilər? - RƏSMİ AÇIQLAMA

Polislər gənci niyə zorla maşına mindirdilər? - RƏSMİ AÇIQLAMA

Polislər gənci niyə zorla maşına mindirdilər? - RƏSMİ AÇIQLAMA
24-12-2019, 19:17

Sosial şəbəklərədə yol polisinə tabesizlik göstərən videogürüntülərdən məlumatlıyıq. Fakt dekabrın 20-də Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb”.

Bunu Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, hərəkət sıxlığının intensiv olduğu prospektdə manevr etmə qaydasını pozduğu üçün yol-patrul xidməti əməkdaşları “Cherolet Aveo” markalı avtomaşına “saxla” işarəsi verib:

“Sürücü yol-patrul xidməti əməkdaşlarının qanunu “saxla” işarəsinə qəsdən əməl etməyərək hərəkəti davam etdirməklə, digər hərəkət iştirakçılarına real təhükə yaradıb. Hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən yol-patrul xidməti əməkdaşları marşrut üzrə süni tıxac yaratmaqla həmin avtomobili dayandırıblar.

Sürücü özü və avtomaşına aid heç bir sənəd təqdim etməyərək tabesizlik göstərdiyi üçün saxlanılaraq Nərimanov RPİ- təhvil verilib”.

Sürücü ətrafında araşdırma zamanı avtomobili idarə edən şəxsin R.Quliyev olması müəyən olunmaqla, onun izahatı alınıb: “O, izahatında tələsdiyi üçün avtomaşını saxlamadığını bildirib. Sürücü əməlindən peşman olduğunu qeyd edib, yol polisinin onun əsaslı olaraq saxladığını, məsuliyyətdən yayınmaq üçün “tələsirəm” deməsini etiraf edib”.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3 maddələrilə inzibati protolok tərtib olunaraq sərbəst buraxılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.