Vaqif Əsədovdan "protiv" sürən yol polisi ilə bağlı AÇIQLAMA
Bakıda Yol Patrul xidməti avtomobili həmin ərazidə yaranan süni sıxlığın aradan qaldırılması üçün əks istiqamətə keçərək hərəkət edib".
Bunu Bakı Şəhəri Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-la əlaqə saxlayaraq bildirib:
"Bu o demək deyil ki, bu hadisə nəzarətsiz baş verib, sürücü bunu özbaşına edib. Sadəcə bu avtomobil keçiriləcək tədbir istiqamətində yaranmış süni sıxlığın aradan qaldırılması üçün gedib. Bu da həm yol boyu kameralarla təhlükəsizliyin təmin edilməsi, həm də qəza hadisəsinin baş verməməsi üçün edilib.
Həmin patrul avtomobilinin sayrışan işıqlarından birində nasazlıq olub. Bu elə təsəvvür yaratmır ki, guya bunun işığı da yanmır. Sadəcə nasazlıq yaranıb, o da artıq aradan qaldırılıb."
*** 12:18
Bakıda Yol Patrul Xidməti avtomobili təhlükə törədib.
Məlumata görə, hadisə Hava limanı yolunda qeydə alınıb. Belə ki, YPX avtomobili sayrışan işıqlardan istifadə etmədən yüksək sürətlə əks istiqamətdə hərəkət edib.
Bununla da qarşıdan gələn hərəkət iştirakçılarına təhlükə yaradıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək