
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Səlahəddin Rzayev vəfat edib.
Bu barədə mərhumun hərbçi yoldaşları bildiriblər.
Məhrum doğulduğu Tərtərin Qaradağlı kəndində dəfn olunub.
Polkovnik-leytenant Səlahəddin Rzayev Qarabağ müharibəsinin od-alovundan keçmiş,Tərtərin müdafiəsində böyük şücaət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmağa başladığı ağır dövrdə böyük zəhmət çəkmiş hərbçilərdən sayılır.
O, 1991-ci ilin oktyabrdan Orduda xidmətə başlayıb.
N saylı xüsusi təyinatlı hərbi hissədə Qarabağ müharibəsin ən qaynar döyüş bölgələrində olub
Batalyonun qərargah rəisi, batalyon komandiri kimi Ağdam-Tərtər istiqamətində döyüşlərdə iştirak edib, Qazax istiqamətindəki döyüşlərdə fərqlənib
Ali Hərbi Məktəbdə idman kafedrasının rəisi, Təlim-tədris mərkəzində müəllim kimi xidmətini davam etdirib.
Allah rəhmət eləsin!!!