Həbs edilən polkovnik azadlığa buraxıldı - DİN-dən AÇIQLAMA
Beyləqanda həbs edilən Qarabağ qazisi azadlığa buraxılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov xuliqanlıq ittihamı ilə həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişova qarşı humanist addım atıb.
Belə ki, V.Eyvazovun göstərişi ilə Q.Vəlişov torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdəki iştirakı nəzərə alınaraq həbsdən azad edilib və istintaq müddətində polisin nəzarətinə verilib.
Qeyd edək ki, Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyevin şikayəti əsasında həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirıli bilinir.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...