XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Seçkilərdə qələbə yenə də bizim olacaq - Bahar Muradova

Seçkilərdə qələbə yenə də bizim olacaq - Bahar Muradova

Seçkilərdə qələbə yenə də bizim olacaq - Bahar Muradova
6-12-2019, 14:39

"Milli Məclisin buraxılması ilə bağlı bütün hüquqi prosedurlar keçirilib. Bundan sonra Seçki Məcəlləsinin müddəaları işə düşəcək".

Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Yeni Azərbaycan Partiyası da daxil olmaqla, bütün siyasi partiyalar, eləcə də özünü bu seçkilərdə sınamaq istəyən hər bir kəs Seçki Məcəlləsinin müddəalarına uyğun şəkildə fəaliyyətini qurmalıdır: "Biz hər zaman olduğu kimi bu seçkilərə də hazırıq və iştirak edəcəyik. Qalib gələcəyimizə çox böyük inamımız var. İnamımızı şərtləndirən əsas cəhət də bizim partiyanın qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti davam etdirən Prezidentin və YAP-ın sədrinin İlham Əliyev olması, sıralarında Azərbaycanın ən tanınmış şəxslərin olduğu YAP üzvlərinin çoxluğu, onların partiyaya olan münasibətidir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ən yüksək səviyyədə təmsil olunacaq və qələbə yenə də bizim olacaq".

B.Muradova vurğulayıb ki, mojaritar seçki olsa da, hansı partiyadan kimin namizəd olacağını siyasi partiyalar müəyyənləşdirir: "Ona görə də YAP-ın seçkilərdə hansı namizədlərinin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik. Bu qərar necə olacaqsa, onun icrasına bütün partiya üzvləri qoşulacaq. Bu qərarın elan edilməsi üçün müəyyən vaxt çərçivəsi var. Həmin vaxt çərçivəsində qərarımızı elan edəcəyik. Daha sonra təbliğat təşviqat kampaniyası başlanılacaq. Çalışacağıq ki, bütün gücümüzü sərf edərək namizədlərimizi dəstəkləyək".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.