XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Prezidentin yüksək vəzifə verdiyi Səadət Yusifova kimdir? - Dosye

Prezidentin yüksək vəzifə verdiyi Səadət Yusifova kimdir? - Dosye

Prezidentin yüksək vəzifə verdiyi Səadət Yusifova kimdir? - Dosye
3-12-2019, 14:46

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub...
Bu vəzifəyə Səadət Yusifova təyin edilib.

1974-cü ildə anadan olan Yusifova Səadət Vidadi qızı buna qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. Bir neçə gün əvvəl - noyabrın 29-da Prezident Administrasiyasında ləğv edilən şöbələrdən biri də Strateji araşdırma və planlaşdırma şöbəsi oldu. Nəticədə həmin şöbənin müdiri Səadət Yusifova yeni strukturda yer almadı.

S.Yusifova 12 aprel 2014-cü il tarixində həmin vəzifəyə gətirlmişdi. (Ona qədər Strateji araşdırma və planlaşdırma şöbəsinə sabiq deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov rəhbərlik edirdi. O, 2014-cü il martın 17-də işdən azad olunmuşdu).

Hüquq üzrə fəlsəfə doktoru S.Yusifova əvvəllər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

O həmçinin 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Daha sonra BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi işləyib.

S.Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla da təltif olunub.

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.