SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sırasını gözləyən KÖHNƏ EŞALON... - Heyətdə kimlər var?

Sırasını gözləyən KÖHNƏ EŞALON... - Heyətdə kimlər var?

Tarix:

3-12-2019, 11:47

/ 881 dəfə oxundu.
Sırasını gözləyən KÖHNƏ EŞALON... - Heyətdə kimlər var?

Məlum olduğu kimi, son günlər məhz Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkə idarəçiliyinin üst heyəti ciddi şəkildə yenilənir. Həm Nazirlər Kabinetinin, Həm Prezident Administrasiyasının yenilənməsi ilə yanaşı, Milli Məclisdə də dəyişiklik artıq gözlənilən hadisəyə çevrilib.

DİA.AZ bildirir ki, təbii olaraq bütün bu baş verənlər cəmiyyət tərəfindən böyük maraqla qarşılanmaqla yanaşı, əsas olaraq həm də böyük ümidlərə rəvac verməkdədir. Cəmiyyət son dəyişikliklərə bəzi sahələrdə hələ də müşahidə olunan neqativlərin aradan qaldırılmasında müstəsna bir səbəb kimi baxmaqdadır və haqlıdır da.

Daxil olan məlumatlarda deyilir ki, yenilənmə dünən struktur dəyişikliyi həyata keçirilən Nazirlər Kabinetinin digər qollarında da müşahidə olunacaq. Mənbə bildirir ki, eyni zamanda bu dəyişikliklər ayrı-ayrı nazirliklərin rəhbər heyətlərinin yenilənməsi ilə də özünü göstərəcək.

Mənbənin söylədikləri: "Konkret olaraq ilkin hədəfdə Maliyyə, Səhiyyə, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin rəhbərliyinin yeni kadrlarla əvəzlənməsi müzakirə mövzusudur. Doğrudur, konkret olaraq Gənclər və İdman Naziri postunu tutan Azad Rəhimovun başqa bir vəzifəyə keçirilməsi gözlənilir, amma dəyişiklik mütləq olacaq".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Şərhlər

XƏBƏR LENTİ