SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Namiq Cəfərli Əli Həsənovu məhkəməyə verir

Namiq Cəfərli Əli Həsənovu məhkəməyə verir

Tarix:

3-12-2019, 00:24

/ 930 dəfə oxundu.
Namiq Cəfərli Əli Həsənovu məhkəməyə verir

Bloklanan infoaz.org saytının rəhbəri Namiq Cəfərli prezidentin keçmiş ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu xüsusi ittiham qaydasında, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və bunun nəticəsi olaraq ona dəymiş ziyanın ödənilməsi barədə məhkəməyə müraciət etməyə hazırlaşır.

Bu barədə AzToday.az-a məlumatı o, özü də təsdiq edib. N.Cəfərlinin sözlərinə görə, bir müddət əvvəl rəhbərlik etdiyi infoaz.org saytında və həmçinin FB profilində Əli Həsənovu tənqid etdiyi üçün uzun müddət təqiblərə, hədə qorxulara məruz qalıb. Nəticədə sayt fəaliyyətini dayandırmalı olub. FB profili isə müəyyən müddət ərzində məcburən deaktiv edilib.

“Bildiyiniz kimi 2017-ci ildə rəhbəri olduğum infoaz.org saytında Prezident Administrasiyasının, artıq ləğv edilmiş, keçmiş ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənovu tənqid etdiyim üçün mütamadi olaraq, uzun müddət təqiblərə, hədə qorxulara və psixoloji təzyiqlərə məruz qalmışam. Əli Həsənovun sifarişi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən infoaz.org saytı bloklanıb. Nəticədə sayt fəaliyyətini dayandırmalı olub. Bununla bağlı nazirliklə aramızda məhkəmə çəkişməsi hələ də davam etməkdədir. Bunlar azmış kimi sosial şəbəkədə Əli Həsənovu tənqid etdiyim üçün isə 2018-ci ildən etibarən FB profilim məcburən deaktiv edilmişdi. Bununla bağlı çoxlu sayda Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə Əli Həsənovun özbaşınalıqları barədə şikayətlərim olub. Amma heç bir nəticə əldə olunmayıb. Amma bunlara baxmayaraq Əli Həsənovun da pis əməllərinə görə layıq olduğu cəzanı alacağı günün gələcəyinə inanırdım. Hazırda isə Əli Həsənovu vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və bunun nəticəsi olaraq mənə dəymiş ziyanın ödənilməsi barədə məhkəməyə müraciət etməyə hazırlaşıram”- deyə N.Cəfərli qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ