SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazir bu idarəyə yeni rəis təyin etdi

Nazir bu idarəyə yeni rəis təyin etdi

Tarix:

16-11-2019, 11:06

/ 1 136 dəfə oxundu.
Nazir bu idarəyə yeni rəis təyin etdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub.

O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib. Məlumat DİN-in mətbuat xidmətindən saytımıza təsdiq edilib.

Qeyd edək ki, BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.

Şərhlər

XƏBƏR LENTİ