SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramiz Zeynalovla bağlı qərar hər an rəsmiləşə bilər... - İDDİA

Ramiz Zeynalovla bağlı qərar hər an rəsmiləşə bilər... - İDDİA

Tarix:

4-09-2019, 17:30

/ 780 dəfə oxundu.
Ramiz Zeynalovla bağlı qərar hər an rəsmiləşə bilər... - İDDİA

Bu günlərdə yaxın qohumu mübahisə zəminində qətlə yetirilən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovla bağlı redaksiyamıza məlumat daxil olub. Xatırladaq ki, buna qədər də yerli KİV-də yeni DİN rəhbərliyinin Ramiz Zeynalovla yollarını ayıracağı haqda informasiyalar dolaşırdı.

Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, Ramiz Zeynalovla bağlı qərar hər an rəsmiləşə bilər:

"Artıq qərar hazırdır və dövlət rəhbərliyi tərəfindən bu qərar hər an rəsmiləşə bilər. Onun yerinə isə uzaqdan deyil, elə DYP sistemində kifayət qədər tanınmı fiqur olan Balakişi Əhmədov gətirilə bilər. Belə bir müzakirə var".

Mənbə bildirir ki, Balakişi Əhmədov kifayət qədər peşəkar DYP işçisidir: "Sıravi polislikdən hazırki mövqeyinə yüksələn Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Balakişi Əhmədova "yuxarılar" da hər zaman etimadla yanaşıb".

Şərhlər

XƏBƏR LENTİ