SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda partiya sədri dünyasını dəyişdi

Azərbaycanda partiya sədri dünyasını dəyişdi

Tarix:

28-08-2019, 12:25

/ 1 177 dəfə oxundu.
Azərbaycanda partiya sədri dünyasını dəyişdi

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurucusu və ilk sədri Məmməd Əlizadə bu gün dünyasını dəyişib.
Bu barədə məlumatı DADP sədri Əlisahib Hüseynov yayıb. “Az öncə Məmməd Əlizadənin vəfat etdiyini eşitdim. Məmməd müəllim hazırda rəhbərlik etdiyim Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurucusu və ilk sədri olub. Azərbaycanın müstəqillik hərəkatının fəal üzvlərindən biri olan M.Əlizadə dəyərli ziyalılarımızdan idi. Mən bütün DADP üzvləri adından mərhum sədrimizin ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, Məmməd müəllimin ruhuna Allahdan rəhmət diləyirəm.

Allah rəhmət eləsin!”,- deyə Əlisahib Hüseynov “Facebook” səhifəsində qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ