SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Universitetə qəbul olanların qeydiyyatı başladı

Universitetə qəbul olanların qeydiyyatı başladı

Tarix:

15-08-2019, 09:46

/ 1 131 dəfə oxundu.
Universitetə qəbul olanların qeydiyyatı başladı

Bu gündən Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır.

Tələbə adını qazanan şəxslər (həmçinin subbakalavrlar) avqustun 15-dən 27-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Şərhlər

XƏBƏR LENTİ