SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Bəzi yüksək çinli məmurların harınlığı artır” - Ekspert

“Bəzi yüksək çinli məmurların harınlığı artır” - Ekspert

Tarix:

27-06-2019, 16:12

/ 1 072 dəfə oxundu.
“Bəzi yüksək çinli məmurların harınlığı artır” - Ekspert

“Yüksək çinli bəzi məmurların özbaşınalığı, onların qanunlara və ali hakimiyyətə qarşı sayğısızlığı faktları çoxalmaqdadır”.

“Yeni Sabah” xəbər verir ki, bunu siyasi ekspert Osman Gündüz deyib. O, bildirib ki, indi də məlumat yayılıb ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədliyə məxsus 2 milyon manatlıq saat oğurlanıb. Artıq oğurlanan saatın Sübhan Məmmədliyə məxsus olması təkzib də olunub.

“Ümumiyyətlə isə, müşahidə olunur ki, bəzi yüksək çinlilərin harınlığı artır. Qəribədir ki, onlar bu istiqamətdə baş verənlərlərdən, “gözü çıxan“lardan dərs də almırlar. Mən bu haqda bir neçə dəfə də yazmışam.

Hökumətdə icraya nəzarət zəifləyib, yüksək çinli məmurlara qarşı tələbkarlıq və hesabatlılığın zəiflədiyi müşahidə olunur. Bəzi nazirlər, yüksək çinlilər heç nədən şəkinmirlər.

Büdcədən, məhz büdcədən əldə olunan vəsaitlər hesabına qurulan bizneslər, bu vəsaitlər hesabına, həmçinin tenderlərdən əldə olunan milyonlar, bunun hesabına əldə edilən əmlaklar və torpaq sahələri, milyonluq maşınlar və saatlar haqqında məlumatlar artıq adi xəbərə çevrilib.

Düşünürəm ki, hökumət, Prezident Administrasiyası baş verənləri , sosial mediada yazılanları diqqətlə izləməlidir. Araşdırmalar aparılmalıdır.

Əvvəllər məhkəmədən çəkinməyən yüksək çinlilər, heç olmasa müvafiq hökumət qurumlarından, məsələn korrupsiyaya qarşı mübarizə və ya digər mərkəzi orqanlardan, heç olmasa PA-nın bəzi şöbələrindən çəkinərdilər.

İndi belə görünür ki, nəinki bu qurumların, az qala ali hakimiyyətin zəhmi və sərtliyi bu tip harınlamış yüksək çinlilər üçün adiləşməkdədir. Bu isə düşünürəm ki, məhkəmələrin zəif olduğu bir vəziyyətdə, heç də yaxşı tendensiya deyil və yaxşı sonluq vəd etmir”.

Şərhlər

XƏBƏR LENTİ