SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Elmira Süleymanova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - Sərəncam

Elmira Süleymanova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - Sərəncam

Tarix:

19-12-2019, 17:10

/ 1 173 dəfə oxundu.
Elmira Süleymanova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - Sərəncam

Prezident İlham Əliyev Elmira Süleymanovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) olub.

Şərhlər

XƏBƏR LENTİ