SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DİN-dən narkotik çəkən keçmiş idmançı ilə bağlı AÇIQLAMA

DİN-dən narkotik çəkən keçmiş idmançı ilə bağlı AÇIQLAMA

Tarix:

3-04-2019, 11:35

/ 1 206 dəfə oxundu.
DİN-dən narkotik çəkən keçmiş idmançı ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi keçmiş azərbaycanlı idmançının narkotik istifadə edərkən çəkdiyi görüntülərlə bağlı araşdırmaya başlayıb.

Bu barədə Unikal.org-a DİN-dən məlumat verilib.

Bildirilib ki, Unikal.org-da “Azərbaycanlı idmançı narkotik istifadə edərkən görüntüləndi” başlığı ilə yazı dərc edilib. Məlumatda qeyd edilir ki, sosial şəbəkədə “viner” kimi də məşhurlaşan taekvondo üzrə milli komandanın keçmiş üzvü, bir sıra beynəlxalq yarışların mükafatçısı Nicat Fərəcov narkotik istifadə etməsini videoya çəkib. Hətta N.Fərəcov ona söyüş söyən dostlarına “mən Azərbaycanın fəxriyəm” deyib.

DİN-dən bildirilib ki, artıq sözügedən görüntü Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən araşdırılır. Nicat Fərəcov hazırda xaricdədir. O, Azərbaycana qayıtdığı zaman istintaqa çağırılacaq.

Şərhlər

XƏBƏR LENTİ