SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Tarix:

3-05-2024, 10:28

/ 215 dəfə oxundu.
Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Laçın rayon sakini Aydın Abışzadə haqsızlıqla üz-üzə qalıb. Dia-az.info bildirir ki, o, rayonun Zabux kəndinin icra nümayəndəsinin özbaşınalığının qurbanıdır.

Bu barədə məlumat verən A.Abışzadənin sözlərinə görə, rayonun Zabux kəndində onun ata-baba yurdunda yenidən inşa olunmuş və püşklə ona düşən mənzil qanunsuz olaraq və icra nümayəndəsinin özbaşınalığı ilə əlindən alınıb.

"32 nömrəli ev mənim öz ata-baba yurdumda tikilib. Püşklə mənə düşsə də, aradan 3 gün keçəndən sonra kəndin icra nümayəndəsi Elsevər mənə zəng edərək dedi ki, həmin ev əlimdən alınıb və Rusiyada yaşayan birinə verilib".

Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Narazı vətəndaş Prezident İlham Əliyevə müraciət edərək haqqının bərpa olunmasını xahiş edir.

Şərhlər

XƏBƏR LENTİ