Bakıda dibçəkdə yetişdirilmiş narkotik bitkilər aşkarlandı - FOTO
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib.
DİN-in saytına istinadən xəbər veririk ki, Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Xəzər rayon sakini Breus Vadim Vladimiroviç saxlanılıb. Onun Binə qəsəbəsində yerləşən mənzilinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman xüsusi qulluq edilərək yetişdirilən 54 ədəd ümumi çəkisi 5 kiloqram 168 qram olan çətənə bitkisi, 177,295 qram qurudulmuş və 150 qram qurudulmamış marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. V.Breus ifadəsində narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, onlara xüsusi qulluq edərək yetişdirdiyini ertiraf edib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?