XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Narkotiklərlə Mübarizə İdarəsi ləğv olundu - Nazirdən əmr

Narkotiklərlə Mübarizə İdarəsi ləğv olundu - Nazirdən əmr

Narkotiklərlə Mübarizə İdarəsi ləğv olundu - Nazirdən əmr
3-03-2020, 12:05

Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.

Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.