SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “İt hürər, karvan keçər” - Müğənnini döyən biznesmen oğlu

“İt hürər, karvan keçər” - Müğənnini döyən biznesmen oğlu

Tarix:

2-04-2019, 12:16

/ 1 141 dəfə oxundu.
“İt hürər, karvan keçər” - Müğənnini döyən biznesmen oğlu

Rusiyada yaşayan müğənni-bloqqer Ceyhun Pirverdiyev tanınmış “Faktor-2” qrupunun solisti İlya Podstrelovu döyməsinə sosial şəbəkədə reaksiya verib.

Stomotoloji klinikalar şəbəkəsinin rəhbərinin oğlu instaqramda fotosunu paylaşaraq İlyanın adını “tag” edib və “Məhkəmədə görüşərik” şərhini yazıb.

Ceyhun daha sonra səhifəsinin hekayə bölməsində “Mən ilk dəfə direktimə bu qədər neqativ mesajların gəldiyini görürəm. Hamı situasiya ilə tanış olmadan başını mövzuya soxur. İt hürər, karvan keçər” deyə bildirib.

Qeyd edək ki, Ceyhun nahar etdiyi restoranda İlyanın qadına şiddəti təbliğ edən mahnını oxuduğu üçün onu döyüb.Dava zamanı azərbaycanlı oliqarxın oğlu da yaralanıb.

Bu məqamda bildirək ki, Ceyhunun şəxsi geyim brendi mövcuddur.

Şərhlər

XƏBƏR LENTİ