SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hansı daha çox korrupsionerdir? – Şərh

Hansı daha çox korrupsionerdir? – Şərh

Tarix:

30-03-2019, 10:35

/ 1 159 dəfə oxundu.
Hansı daha çox korrupsionerdir? – Şərh

“Əli İnsanovun müdafiəçiləri iddia edir ki, indiki səhiyyə naziri Oqtay Şirəliyev ondan qat-qat çox korruosionerdir. Tamamilə razıyam və haqlı iddiadır”.
Bunu iqtisadçı Qadir İbrahimli deyib. O, bildirib ki, İnsanov ona görə daha az korrupsioner olub ki, onun nazir işlədiyi 90-cı illərdə Azərbaycan büdcəsi cəmi 300-800 milyon dolları idi. Əli İnsanov həbs ediləndə isə büdcə 1 milyard dollardan bir az çox idi: “Yəni büdcədən oğurlamağa bir şey yox idi. Bu reallığı nəzrə alan sabiq nazir xəstələri soyurdu- xəstəxanalar pullu xidmətə keçmişdi. O vaxt ölkə üzrə orta aylıq əməkhaqqı 35-40 manat olduğu halda cərrahiyya əməliyyatının təkcə rəsmi qiyməti 150-200 manata yaxın idi. Üstəlik də əməliyyat üçün zəruri dərmamları da xəstəyə aldırırdılar”.
Q. İbrahimli deyob ki, Şirəliyev İnsanovun bu ənənəsinə xəyanət etməyib. O biri tərəfdən isə hazırkı nazirin dövrü böyük neft pulları dövrünə düşdü : “Ölkənin büdcəsi 1 milyard dollardan 30 milyard dollara qədər yüksəldi. Oqtay Şirəliyev həm xəstələrdən, həm də büdcədən "qazanırdı". Nəhayət, Şirəliyevin dövründə Azərbaycan büdcəsinin az qala yarısı qədər vəsait də Rusiyadan ölkəyə daxil olurdu – “yazıq” Əli İnsanovun bəxtinə kasıb mərhələ düşmüşdü. Fərq yalnız budur.
O baxımdan mənim üçün Əli İnsanovla Oqtay Şirəliyev arasında heç bir fərq yoxdur. Yeganə fərq birinin ölkənin kasıb dövründə, birinin isə varlı vaxtı nazir işləməsidir. Ancaq mahiyyətcə ikisi də, məşhur mahnıda deyildiyi kimi, “bir soydur””.

Yeni Sabah.az

Şərhlər

XƏBƏR LENTİ