SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib? - RƏQƏMLƏR

Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib? - RƏQƏMLƏR

Tarix:

10-02-2021, 10:48

/ 928 dəfə oxundu.
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib? - RƏQƏMLƏR

"Ziya Məmmədovun nəqliyyat naziri olduğu dövrdə yolların tikintisi və təmirinə 10,5 milyard manat xərclənib”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı eksspert Qubad İbadoğlu deyib. O, bildirib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi yoluna 2008-ci ildə istifadəyə veriləndə iki il ərzində büdcədən 545 milyon 287 min 800 manat, sonradan isə əlavə ayırmalara hesabına 1 milyard manata qədər pul ayrılıb:

“Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsinə 360,6 milyon manat (460 milyon dollar)

Metronun Gənclik stansiyasında tunel tikintisinə 2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon manat, cəmi 305 milyon manat (388 milyon dollar, bu məbləğə 2013-cü ilin rəqəmi daxil deyil)

Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) ayrılıb”.

Q. İbadoğlu qeyd edib ki, Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənir.

Şərhlər

XƏBƏR LENTİ