SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mikayıl Cabbarovun Vüsal İsmayılova niyə gücü çatmadı? (TƏFƏRRÜAT)

Mikayıl Cabbarovun Vüsal İsmayılova niyə gücü çatmadı? (TƏFƏRRÜAT)

Tarix:

16-02-2019, 14:16

/ 2 092 dəfə oxundu.
Mikayıl Cabbarovun Vüsal İsmayılova niyə gücü çatmadı? (TƏFƏRRÜAT)

İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoruna Vergilər nazirinin müşaviri Elnur Əliyevin sayəsində “gözü üstə qaşın var” deyən yoxdur

Dünən ölkə mediasında Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə 58 nəfər vergi orqanları əməkdaşlarının tutduğu vəzifələrdən azad edilməsi ilə bağlı xəbər yayıldı. İşdən çıxarılanların nazirin apardığı vergi islahatları çərçivəsində olduğu və sahibkarları incidən vergi əməkdaşlarından xilas olmaq üçün qeyd edilən addımı atdığı bildrilirdi. Xəbərdə işdən çıxarılan 58 vergi işçisi arasında 4 yüksək vəzifəli şəxsin olduğuda qeyd edilirdi.

Bildirək ki, sahibkarları incidən vergi əməkdaşlarının siyahısına nəzər saldıqda burda xeyli sayda kəsirin olduğu açıq şəkildə görsənir. Belə ki, nazir Mikayıl Cabbarovun siyahısında nədənsə İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılovun adı yoxdur. AzToday.az xəbər verir ki, bu həmin Vüsal İsmayılovdur ki, bir il öncə ölkə mətbuatında İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru olaraq müxtəlif sahibkarlara təzyiq etməsi, onları incitməsi adı ilə gündəmə gəlmişdi. Həmin vaxt Vüsal İsmayılov haqqında tirajlanan xəbər bir neçə gün içində müəmmalı olaraq saytlardan silinmişdi.

Ölkə mediasında İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru haqqında tirajlanan məlumatda qeyd edilirdi ki, Neftçala rayonunda olan Vüsal İsmayılov Vergilər Nazirliyində vəzifəyə sabiq nazir Fazil Məmmədovun müşaviri və “kilid” adamı sayılan Mahir Rəfiyevin dəstəyi ilə təyin edilib. Mikayıl Cabbarov vergilər naziri təyn edildikdən sonra sabiq nazir Fazil Məmmədovun dövründə yüksək vəzifəyə təyin edilən şəxslər işdən azad edilsəd ə Vüsal İsmayılova toxunulmadı.

İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktorununun yerində qalması ilə bağlı yayılan xəbərdə deyilirdi ki, Vüsal İsmayılovun Vergilər nazirliyində yeni himayədarı Mikayıl Cabbarovun müşaviri və xalası oğlu Elnur Əliyevdi.

Elnur Əliyevin İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktorununa himayədarlıq eləməsinin səbəbinə gəlincə nazirin xalası oğlunun Vüsal İsmayılovun rayonu olan Neftçala rayonu ilə qohumluq bağlılığı və Mahir Rəfiyevlə yaxşı münasibətlərinin olması göstərilirdi.

AzToday.az-a verilən məlumata görə, Mikayıl Cabbarovun bu dəfədə Vüsal İsmayılova toxunmamasının səbəbkarı, nazirin müşaviri “kilid adam”ı Elnur Əliyev olub. Məlumatda bildirilir ki, yaxın həftələrdə Elnur Əliyev himayədarı tərəfindən İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru vəzifəsindən çıxarılaraq başqa bir vəzifəyə göndəriləcək. Bunun səbəbi isə Mahir Rəfiyvin qohumu ilə bağlı bəzi sahibkarların nazirliyə tez-tez şikayətlər etməsidir. Görünür Vüsal İsmayılovun himayəçisi nazir müşaviri Elnur Əliyev onu “gözdən uzaq” bir yerə göndərməklə qorumaq niyyətindədir.

Görünür, Mikayıl Cabbarov heç də Vergilər Nazirliyini adları korrupsiyada hallanan əməkdaşlardan təmizləmək niyyətində deyil və sadəcə nazir bu addımları ilə imitasiya edir…

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ