SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Apreldə parlament seçkisi olacağı dəqiqləşir: bu deputatların sonudur?– Siyahı...

Apreldə parlament seçkisi olacağı dəqiqləşir: bu deputatların sonudur?– Siyahı...

Tarix:

23-01-2019, 00:01

/ 1 615 dəfə oxundu.
Apreldə parlament seçkisi olacağı dəqiqləşir: bu deputatların sonudur?– Siyahı...

Bu ilin aprelində növbədənkənar parlament seçkiləri keçiriləcəyi dəqiqləşməkdədir

Artıq hökumətdəki mənbələr mediaya məlumatlar sızdırır.

Hakimiyyət 2025-ci ildə iki seçki keçirilməsin deyə parlament seçkilərini bir il qabağa çəkməyə hazırlaşır. Odur ki, apreldə seçkilər olacağı xəbərləri getdikcə təsdiqlənməkdədir.

Bu barədə musavat.com-a məlumatlı mənbələrdən informasiya daxil olub. Milli Məclisin üzvü Zahid Orucun, eləcə də bəzi tanınmış politoloqların statuslarında da bundan bəhs olunurdu.

Xatırladılırdı ki, ötən il bu vaxtlar prezident seçkiləri də çoxlarının gözləmədiyi halda vaxtından 6 ay əvvəl, aprel ayında keçirildi. Bunun hansı siyasi zərurətdən irəli gəlməsi barədə ictimaiyyətə təfərrüatı ilə məlumat verilmişdi.

Güman ki, parlament seçkilərinin də eyni səbəblərdən vaxtından əvvəl keçirilməsi nəzərə tutulur. Hələ ki, hakimiyyət düşərgəsindən növbədənkənar parlament seçkilərinin olacağı barədə xəbərlərə hər hansı şəkildə reaksiya yoxdur.

Lakin nəzərə alsaq ki, keçən ilin bu vaxtlarında da yaz aylarında növbədənkənar prezident seçkisinin gözlənildiyi barədə xəbərlər yayılanda rəsmi dairələrdən heç bir təsdiq xarakterli mövqe bildirilmirdi.

Buna baxmayaraq yayılan xəbərlər doğruldu-aprel ayında növbədənkənar prezident seçkisi keçirildi. Bu dəfə də belə olacağı istisna deyil.

Əldə etdiyimiz bilgilərə görə, yeni parlament tərkibi əsasən xarici təhsilli, modern gənclərdən təşəkkül tapacaq. Milli Məclisdə Qərb stilində olan millət vəkilləri yer alacaq.

Hakimiyyət danışığını bilməyən, bir müsahibə ilə aləmi qarışdıran deputatlarla vidalaşmağı qətiləşdirib. Onlar bu 4 ildə iqtidarın başını çox ağradıblar.

Həmin deputatların bəziləri bu gün də lazımsız, yersiz açıqlamaları ilə hökumətlə xalqı üz-üzə qoyublar, sosial şəbəkələrdə çaxnaşma yaradıblar.

Belə xəbərlər dolaşır ki, bir sıra deputatların artıq növbəti seçkidə mandat almayacağı dəqiqləşib. Bu siyahıda Hadı Rəcəbli, Araz Əlizadə, Tahir Kərimli olduğu bildirilir.

Naqif Həmzəyev, Xanhüseyn Kazımlı, Rüfət Quliyev, İmamverdi İsmayılovla da yollar ayrıla bilər. Məlumatlı qaynaq iddia edir ki, Xanlar Fətiyev, Mahir Aslanov, Kamaləddin Qafarov iqtidarın siyasi kursunu aktiv müdafiə etmək deputatlardır.

Habelə, Nəriman Əliyevin məsələsinə baxılacaq. Əsabil Qasımov, Şahin İsmayılov da siyahıda yer ala bilər.

Hakimiyyət biznesmen olmayan, siyasi deputatlar görmək istəyir. Bu zaman kəsiyində təcrübə göstərdi ki, belə deputatlarla işləmək olmaz.

Onlar ölkəni nə Orduxan kimi marginallara qarşı cavab verməkdə müdafiə ediblər, nə Qərb təşkilatlarının qərəzli bəyanatlarına cavab veriblər.

Madər Musayev, Dilarə Cəbrayılova, Eldar Quliyev, Hüseynbala Mirələmovun da növbəti parlamentdə olmayacağı söylənir. Mirzəcan Xəlilov, Hacı Salayev kimi deputatlarla bağlı qeyri-müəyyənlik var.

Müslüm Məmmədov, Əliağa Hüseynov, Rüstəm Xəlilov kimi millət vəkillərinin fəaliyyəti də hakimiyyəti qane etməyib. Onlar da çox passiv və “lal” deputatlardan olublar.

Növbədənkənar parlament seçkilərinin keçirilməsinin lazım olub-olmadığı məsələsinə gəlincə, siyasətçilər arasında bu məsələdə yekdil rəy yoxdur.
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir.

Çünki artıq xeyli vaxtdır yeni konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib. Əslində keçən il növbədənkənar parlament seçkilərinə gedilməliydi. Buna gedilməməsinin özü yanlışdır:

“Çünki referendumun nəticələri-konstitusiya dəyişikliyi yeni parlamentin formalaşdırılmasını tələb edir. Ona görə də parlament seçkiləri keçirilməlidir.

Yaxın aylarda belə bir qərarın veriləcəyi istisna deyil. Vaxtı ilə prezident seçkiləri ilə bağlı bizim verdiyimiz bəyanata da qarşı çıxılırdı, amma sonradan həyata keçirildi”.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ