SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Mikayıl Cabbarovun mövqeyi Vergilər Nazirliyində çox zəifdir, Nazirliyi Fazil Məmmədovun komandası idarə edir” - ŞİKAYƏT

“Mikayıl Cabbarovun mövqeyi Vergilər Nazirliyində çox zəifdir, Nazirliyi Fazil Məmmədovun komandası idarə edir” - ŞİKAYƏT

Tarix:

5-12-2018, 12:59

/ 2 299 dəfə oxundu.
“Mikayıl Cabbarovun mövqeyi Vergilər Nazirliyində çox zəifdir, Nazirliyi Fazil Məmmədovun komandası idarə edir” - ŞİKAYƏT

Vergilər naziri Mikayıl Cabbarov islahatçı məmur kimi təqdim olunsa da onunla bağlı da sahibkarlar tərəfindənn şikayət eşidilir. Bu dəfə redaksiyamıza üz tutan «TECHNICAZ» MMC-nin təsisçisi Əhədli Vüqar Həsən oğlu Vergilər Nazirinin qəbuluna düşə bilmədiyini deyir. Ünvanladığı məktubda iş adamı bildirir ki, Mikayıl Cabbarovun mövqeyi Vergilər Nazirliyində çox zəifdir. Vaxtilə Fazil Məmmədovun tapşırığı ilə çalışan yüksək rütbəli vergi əməkdaşlarının mövqeyi hal-hazırda Vergilər Nazirliyində daha güclüdür: “Bunu Vergilər Nazirliyinə etdiyim müraciətlərə və aldığım cavablara əsasən dəqiq deyirəm. Dəfələrcə müraciət etdiyim məktubuların ikisini müraciətimə əlavə edirəm. Nə üçün cənab nazir məni qəbul edib dinləmək istəmir. Təbii ki, mən nazirimizdən 2016-cı il tarxində müəsissəmin vergi qeydiyyatının qanunsuz dəyişdirməsi barədə qərarı tələb edəcəm. Təssüfki, belə bir qərar yoxdur”.
«TECHNICAZ» MMC-nin təsisçisi V.Hədlinin məktubunu olduğu kimi diqqətinizə çatdırırıq: “Vergi qeydiyyatının yerdəyişməsi qanunsuz aparılmış və vergilər məcəlləsi kobud şəkildə pozulmuş və bunun nəticəsində korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları baş vermişdir. Korupsiyaya yol vermiş vəzifəli şəxslər hələdə öz işlərinin başındadılar. Vergilər Nazirliliyi tərəfindən müəsissənin vergi qeydiyyatının qanunsuz olaraq 11 Saylı Ərazi Vergilər Departamentindən Bakı Vergilər Departamentinə indiki varisi Bakı Şəhəri Lokal Gəlirlər Departamentinə dəyişdirilməsi, həmçinin Vergilər Nazirliyinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vergi ödəyicisindən xəbərsiz, heç bir qərar olmadan qanunsuz olaraq məqsədli şəkildə regionlardakı Ərazi Vergi Departamentlərindən fiziki və hüquqi şəxslərin vergi qeydiyatının dəyişdirilməsi nəticəsində qanunsuz vergi borcunun hesablanması, korrupsiya hallarının baş verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində müəsissəyə və həmçinin dövlətə ümumilikdə xüsusi külli miqdarda ziyan vurulması, komersiya sirlərinin yayılması, borcun olmamasına dair məhkəmə qərarlarının olmasına baxmayaraq qanunsuz cinayət işinin açılması, sahibkarlara təyziq göstərilməsi , süründürməçilik və sahibkarlıq fəaliyyətinə süni maniyələr törədilməsi halları barədə anaxəbər@info saytına 15.11.2018-ci il tarixində məlumat vermişəm. Bu barədə Baş Prokurorluğa Cənb Zakir Qaralova 01/10-11 nömrəli şikayət ərizəm ilə 17.08.2018-ci il tarixində müraciət etmişəm. Bir daha bildirirəm ki, məqsədli şəkildə müəsissənin qeydiyyatını Bakı Vergilər Departamentinə keçirərək bank hesabıma sərəncam qoymuşlar, vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər və il yarım ərzində yəni 5 rübdə müəsissəni bilərəkdən işləməyə qoymayıblar. 3 ay müddətində yəni 1 rüb fəaliyyət göstərən müəssisə 16985,90 manat gəlir əldə etmişdir. Müəsissə fəaliyyət göstərəcəyi halda, yəni 5 rüb ərzində 84929,50 gəlir əldə etmiş olardı. Vergi Məcəlləsinin 51.2. maddəsinə əsasən Vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə vergi yoxlaması keçirildikdə, vurulan ziyan tam həcmdə, buraxılmış fayda (əldə edilməyən gəlir) da daxil olmaqla, vergi ödəyicisinə ödənilməlidir. Cəmisi bir rüb fəaliyyətim olmasına baxmayaraq dövlət büdcəsinə 169287 manat vəsit ödəmişəm. 5 rüb işləyəcim halda 846435 manat vəsait dövlət büdcəsinə ödəyə bilərdim. Vergi Məcəlləsinin 53.1. maadəsində Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, Vergilər Nazirliyinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərini aşaraq törətdiyi qanunsuzluqlar nəticəsində xüsusi külli miqdarada yəni müəssisəyə 84902,95 manat, dövlət büdcəsinə isə 846435 manat vəsait ziyan vurmuşlar. Respublika üzrə kütləvi şəkildə belə qanunsuz keçirmə əməliyyatları etmişlər dövlətə və sahibkarlara xüsusi külli miqdarda ziyan vurmuşlar. Nə üçün Baş Prokurorluq bu məsələyə bir tərəfli qaydada baxır və araşdırmaq istəmir. Baş Prokuror Ağdaş şəhərinə gəlir ki, vətəndaşları qəbul etsin amma Baş prokurorluq tərəfindən cənab prokurorla görüşməyə icazə vermədilər. Külli miqdarda dövlət büdcəsinə vergi ödəmişəm, nə üçün dövlət mənim hüquqlarımı müdafiə etmir?, nə üçün korrupsiya halına yol vermiş şəxslər mənim biznes fəliyyətimi məhv ediblər. Belədə olmalıdırmı ? Görünür ki, bəzi məmurlar quldarlıq dövrünün devizi olan “Parçala və hökümranlıq et” mexanizimini davam etdirirlər və cəzasızlıq baş alıb gedir. Ülu öndər Heydər Əliyeb demişdir: “Dövlət iki şeydən sarsıla bilər. Günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə” . Bəs bu qədər haqsızlıq olarmı? Bəlkə dövlətə dəymiş ziyan dövlət üçün maraqlı deyil. Amma mənim üçün mənim müəsissəmə dəymiş ziyanı maraqlıdır. Korrupsiya halına və vəzifə səalhiyyətindən sui-istifadəyə yol vermiş vəzifəli şəxlərdən dəymiş ziyanı tələb edirəm. Korrupsiyaya qarşı mübarizə hər bir dövlətin həm qəbul etdiyi qanunvericilik aktları, həm də qoşulduğu beynəlxalq konvensiyalar və digər öhdəçiliklərlə tənzimlənir. Bu isə bilavasitə müvafiq səlahiyyəti olan vəzifəli şəxsin tutduğu vəzifəyə görə ona verilən hüquqlardan sui-istifadə etməsi nəticəsində varlanması, dövlətə, hüquqi və fiziki şəxslərə ziyan vurması kimi başa düşülür. Korrupsiya mülkiyyət və iqtisadi cinayətlərin ən ağır formalarında özünü göstərməklə, cəmiyyətin həyatının bir çox sahələrinə, o cümlədən insanların sosial- iqtisadi problemlərinin həllinə dağıdıcı zərbə vurur. Burdan cənab Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova üzümü tutub bir daha müraciət edirəm. Korrupsiya və vəzifə səlahiyyətərindən sui-istifadə etmiş vəzifəli şəxlərin müdafiə olunmasına yol verilməsin, dövlətin və sahibkarların maraqları qorunsun. Vergilər Nazirliyində araşdırmaya başlanılsın və görəcəksiniz ki, respublika üzrə digər vergilər departamentindən fiziki və hüquqi şəxslərin qanunsuz , heç bir qərar olmadan vergi qeydiyyatını Bakı Vergilər Departamentinə indiki varisi Bakı Şəhəri Lokal Gəlirlər Departamentinə dəyişdirərək sahibkarlərın başına min bir oyunlar açaraq korrupsiya hallarına yol vermişlər”.

Anaxeber.info

Şərhlər

XƏBƏR LENTİ